
Kreml rəhbərinin tələbləri sülhün imzalanmasına imkan vermir -Politoloq
Yusif Nəzərli
14:10 29.03.2025
Dünya
459
Rusiya-Ukrayna müharibəsi hələ də şiddətli qarşıdurmalarla davam edir. Ukrayna ordusu Qərbin dəstəyi ilə müdafiə mövqelərini qorumağa çalışır, lakin Rusiya qüvvələri bəzi strateji məntəqələrdə irəliləyiş əldə edib. Diplomatik cəbhədə isə vəziyyət mürəkkəb olaraq qalır. Rusiya Prezidenti Vladimir Putin müəyyən şərtlərlə sülh danışıqlarına açıq olduğunu bildirsə də, Ukrayna və onun müttəfiqləri bu şərtləri ilə razılaşmır. Eyni zamanda, müharibənin uzanması enerji bazarına və qlobal iqtisadiyyata mənfi təsir göstərməkdə davam edir. Münaqişənin nə vaxt və hansı şərtlərlə başa çatacağı hələ də qeyri-müəyyənliyini qoruyur. Siyasi analitiklər hesab edirlər ki, prosesin uğurla nəticələnməsi üçün yeni vasitəçilik formatlarına ehtiyac var. Müharibənin gələcək taleyi isə daha çox qlobal güclərin atacağı addımlardan asılı olacaq.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a bildirib ki, Rusiya Prezidenti Vladimir Putin sözdə Trampın sülh təkliflərinə razılaşsa da, əməldə bunun tərsini nümayiş etdirir:

"Əslində Ağ Evin sahibi neçə həftədir ki, Rusiya və Ukrayna arasında ən azı 30 günlük atəşkəsin əldə olunmasını istəyir. Volodimir Zelenski Trampın təklifi ilə razıdır. Lakin Putin atəşkəsin əleyhinə olmadığını bildirsə də, öz şərtlərindən çəkinmir. Kremlin rəhbərinin ortaya qoyduğu tələblər sülhün imzalanmasına imkan vermir. Putin tələb edir ki, Ukraynanın referendumla Rusiyaya birləşdirilən 4 bölgəsi onun ölkəsinə məxsus olsun. Eyni zamanda bu əraziyə beynəlxalq müşahidəçilər yerləşdirilməsin. Putin bu kimi tələbləri irəli sürdüyü üçün də atəşkəsə nail olmaq mümkün deyil. Digər tərəfdən Rusiya Prezidenti Trampla da münasibətləri korlamaq niyyətində deyil. Ona görə də Ağ Evin sahibinin ünvanına xoş sözlər bildirir. Amma o bütün bunları deyərkən Ukrayna ilə münaqişənin həlli yolunda sülhün əldə edilməsi üçün real addımlar da atmır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi