Kreml Uitkoff və Kuşnerin Moskvaya gəliş vaxtını açıqlayıb

"ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner bu gün saat 19:00 ilə 20:00 arasında Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gələcəklər".

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov danışıqlarda iştirak edəcək və danışıqlardan sonra jurnalistlərə brifinq verəcək.

Peskov Rusiya prezidenti Vladimir Putinin Trampın və komandasının Ukraynadakı sülhməramlı səylərinin effektivliyini yüksək qiymətləndirib: "Biz bu səyləri və onların effektivliyini alqışlayırıq".

Kremlin sözçüsü Uitkoffun Moskvaya səfərindən əvvəl Ukrayna ilə bağlı danışıqlar prosesi barədə şərh verməyəcəyini bildirib.

Peskov Kiyevin qərar verməsi və məsuliyyəti öz üzərinə götürməsi vaxtının gəlib çatdığını vurğulayıb.