Kreml Ukrayna üzrə irəliləyişi açıqladı

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Əbu-Dabidə ekspert səviyyəsində başlayan danışıqlar çox mürəkkəbdir. Danışıqlar davam etdiriləcək və iş artıq başlanğıc mərhələsindədir.

Sherg.az xəbər verir ki, Peskov irəliləyiş hesab etdiyi məqam kimi ekspert səviyyəsində müxtəlif mürəkkəb mövzuların müzakirəyə çıxarılmasını göstərib. Sonrakı mərhələdə nəticə danışıqdakı tərəflərin konstruktivliyindən asılı olacaq.

“Anchorage formulu” çərçivəsindəki ərazi məsələləri Rusiya üçün prinsipial əhəmiyyət daşıyır və danışıqlarda Rusiya mövqeyinin qorunması davam edir.

Qeyd edək ki, Anchorage formulu 2025-ci ilin avqust ayında Alyaska Anchorage şəhəri Rusiya və ABŞ arasında Ukrayna konflikti ilə bağlı müzakirələr zamanı yaranan yanaşmadır.

23–24 yanvar tarixlərində Əbu-Dabidə Moskvadan, Kiyevdən və Vaşinqtondan nümayəndə heyətləri görüşüb. Ən çətin məsələ ərazi mübahisələri olub. Ağ Ev görüşü tarixi əhəmiyyətli hesab edib.

Ukrayna prezidenti Vladimir Zelenski isə danışıqlarda çox sayda həssas və problemli mövzu olduğunu vurğulayıb.