Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ı İrana qarşı mümkün hərbi addımların Yaxın Şərqdə xaosa və ağır nəticələrə səbəb ola biləcəyi barədə xəbərdar edib.
Sherg.az xəbər verir ki, Rusiya tərəfi bölgədə gərginliyin pik həddə çatdığını vurğulayıb.
İran XİN müavini Kazım Qəribabadi isə İran-ABŞ-İsrail qarşıdurmasının “üçüncü mərhələyə” keçdiyini açıqlayıb. Onun sözlərinə görə, region nəzarətsiz toqquşma riskinə doğru sürüklənir.
Bu arada İranın BMT-dəki Daimi Nümayəndəliyi də təzyiq halında “indiyədək görünməmiş sərt cavab” veriləcəyini bəyan edib. Yəməndəki husilər isə ABŞ-ın hücumu olacağı təqdirdə Amerika bazalarını hədəf alacaqlarını bildiriblər. Regionda mümkün eskalasiya ssenariləri arasında Hörmüz boğazının bağlanması riski də qeyd olunur.