Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ən yaxın tərəfdaşları olan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Müstəqil Dövlətlər Birliyi (MDB) ilə daha sıx əməkdaşlıq etmək qərarına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə KTMT baş katibinin müavini Valeri Semerikov bildirib.
KTMT rəsmisi qeyd edib ki, üç təşkilatın baş katibləri əməkdaşlıq memorandumu imzalayıblar.
“Düşünürəm ki, 2026-cı ildə Rusiyanın sədrliyi dövründə bu məsələni aktivləşdirəcəyik”, - Semerikov vurğulayıb.