Kurskda aviazərbələr nəticəsində onlarla şəxs dağıntılar altında qalıb - YENİLƏNİB
Yusif Nəzərli
01:05 02.02.2025
Dünya
324
Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Sudja şəhərindəki internat məktəbinə hədəfli raket zərbəsi endirərək hərbi cinayət törədiblər.
APA xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Fevralın 1-də Ukrayna Silahlı Qüvvələri Sudja şəhərindəki internat məktəbinə hədəfli raket zərbəsi endirərək növbəti hərbi cinayət törədib”, - məlumatda bildirilir.
Açıqlamada həmçinin Ukrayna ordusu tərəfindən Sumi vilayətindən atılan raketlərin Rusiya HHM sistemləri tərəfindən qeydə alındığı bildirilir.
Hadisə ilə bağlı məlumat yayan Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə hadisənin törədilməsi ilə bağlı Rusiya ordusunu günahlandırıb.
Məlumatda Rusiyanın Ukrayna ordusunun nəzarətində olan Kurskun Sudja bölgəsində mülki vətəndaşların olduğu internat məktəbinə aviazərbələr endirdiyi bildirilir. Məlumatda həmçinin dağıntıların təmizlənməsinin davam etdiyi, 4 ölüm faktı artıq məlum olduğu bildirilir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə dağıntıların təmizlənməsi işləri zamanı 84 mülki şəxs xilas edilib və onlara tibbi yardım göstərilib, onların sağlamlıq vəziyyəti qənaətbəxş, 4 nəfərin vəziyyəti isə ağırdır.
Baş Qərargah onu da əlavə edib ki, əlavə tibbi yardıma ehtiyacı olan şəxslər dərhal Ukrayna ərazisindəki tibb müəssisələrinə təxliyə edilir.
***
01:12
Ukraynanın Kursk vilayətinin Sudja şəhərində yerləşən internat məktəbinə aviazərbələr endirilib.
APA xəbər verir ki, dünən axşam saatlarında baş vermiş hadisə nəticəsində internat məktəbinin dağıntıları altında 95 nəfərin qaldığı ehtimal olunur.
Dağıntılar altında qalan şəxslər arasında yaşlılar və uşaqların olduğu bildirilir. Hücum zamanı binada onlarla mülki şəxs, o cümlədən qadın və uşaqlar olub.
Hazırda şəhərin hərbi komendantlığı aviazərbələrə məruz qalmış internat binasının dağıntıları altında qalmış mülki insanları xilas etmək üçün axtarış-xilasetmə işləri aparır.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, aviazərbələr Rusiyanın Hərbi Hava Qüvvələri tərəfindən endirilib.
Ukrayna tərəfi hadisədə Rusiyanı günahlandıraraq bu zərbələrin Rusiyanın mülki əhaliyə qarşı yönəlmiş növbəti hərbi cinayəti olduğunu bildirib.
Rusiya tərəfi isə aviazərbələrin Ukrayna Silahlı Qüvvələri tərəfindən Sumi vilayətindən endirildiyini bildirir.
Hadisə ilə bağlı ziddiyətli xəbərlər gəlməkdədir. Dağıntılar altında qalanların olduğunu isə hər iki tərəf təsdiqləyib.
Qeyd edək ki, internat məktəbinin yerləşdiyi qəsəbə hazırda Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə