ABŞ Ukraynadakı münaqişənin nizamlanması məqsədilə Rusiya ilə Avropa ölkələri arasında birbaşa dialoqun qurulmasına yardım etməyi planlaşdırır.
Sherg.az xəbər verir ki, bu barədə ABŞ-ın xüsusi nümayəndəsi Jared Kuşner məlumat verib.
O, “X” sosial şəbəkəsindəki paylaşımında Vaşinqtonun Moskva ilə Avropalı tərəfdaşları arasında birbaşa əlaqələrin qurulmasına yardım etdiyini və növbəti üçtərəfli danışıqların gündəliyini hazırladığını bildirib.
Kuşnerin sözlərinə görə, Rusiya, Ukrayna və Avropa nümayəndələri ilə son müzakirələr zamanı münaqişənin nizamlanmasına dair yeni təkliflər irəli sürülüb. O, həmin təkliflərin bəzilərinin danışıqlarda ciddi irəliləyişə yol aça biləcəyini vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Avropa Şurasının prezidenti Antonio Koşta Aİ liderlərinin Ukrayna münaqişəsinin nizamlanması üzrə ekspert danışıqlarında iştirak edəcək nümayəndə heyətinin tərkibini razılaşdırdığını açıqlamışdı.