ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Avropanın təhlükəsizlik arxitekturasına dair razılaşmaların Ukrayna üzrə hərtərəfli sülh sazişi çərçivəsində qəbul ediləcəyini bildirib.
Sherg.az xəbər verir ki, Kuşner əlaqəli məsələlərin paralel müzakirə olunacağını, lakin yekun qərarların yalnız ümumi razılaşma çərçivəsində veriləcəyini qeyd edib.
O, növbəti danışıqlarda Avropa İttifaqı nümayəndələrinin də iştirak edəcəyini və münaqişədən sonrakı Avropa təhlükəsizliyinin müzakirə olunacağını bildirib.
Rusiya Prezidenti Vladimir Putin isə Avropa ilə dialoqa açıq olduqlarını vurğulayıb.