Rusiya xarici işlər naziri Sergey Lavrov Avropanın əsas məqsədinin Kiyev "rejimini" qoruyub saxlamaq və Rusiyaya qarşı yeni aqressiyaya hazırlıq görmək olduğunu bildirib.
Sherg.az xəbər verir ki, bu barədə XİN rəhbərinin açıqlaması nazirliyin rəsmi saytında dərc olunub.
Lavrovun sözlərinə görə, Brüssel, Berlin, Paris və London Kiyev "rejimi"nin yaşamasına və nəzarətində hansısa əraziləri saxlamasına çalışır. Nazir iddia edib ki, həmin ərazilərdə beynəlxalq hüquq normalarına zidd olaraq rus dili və rusdilli KİV-lər qadağan edilir, kanonik pravoslavlığa təzyiq göstərilir, rus tarixi və mədəniyyətinə aid abidələr sökülür, nasist ideologiyası təşviq olunur, müxalifətçilər və fərqli mövqedə olan şəxslər repressiyalara məruz qalır.
Lavrov vurğulayıb ki, Avropadakı rusofob dairələr Rusiyaya qarşı yeni aqressiya planlarını həyata keçirmək üçün məhz belə bir siyasi qurumun ölkə sərhədləri yaxınlığında mövcudluğuna ehtiyac duyurlar.