Rusiya xarici işlər naziri Sergey Lavrov Fransa prezidenti Emmanuel Makronun Rusiya-ABŞ arasında Ankoricdə əldə olunan razılaşmaların artıq qüvvədə olmadığı barədə açıqlamasına cavab verib.
Lavrov bildirib ki, Ankoric razılaşmalarının taleyinə Makron deyil, ABŞ qərar verməlidir.
“Makron bəyan etdi: ‘Biz Ankorici dəfn etdik, indi Amerika bizimlədir’. Buna isə Makron deyil, Amerika qərar verməlidir”, - deyə Lavrov qeyd edib.
Nazir Rusiyanın, o cümlədən ABŞ-la dialoqa həmişə hazır olduğunu vurğulayıb.