Lavrov NATO-nun Rusiya ilə müharibəyə ciddi şəkildə hazırlaşdığını bildirib

Rusiyanı strateji məğlubiyyətə uğratmaq məqsədi, planları hələ də Avropa liderlərinin zehnindədir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu illik mətbuat konfransında xarici işlər naziri Sergey Lavrov bildirib.

O, NATO-nun Rusiya ilə müharibəyə ciddi şəkildə hazırlaşdığını qeyd edib.

Lavrov Almaniya Kansleri Fridrix Mertsin "Almaniya yenidən güclü orduya malik olmalıdır" bəyanatını xatırladıb.

XİN rəhbəri vurğulayıb ki, Avropa ölkələri Donald Trampı Ukrayna ilə bağlı mövqeyini dəyişməyə inandırmağa çalışırlar: “Onlar Rusiya ilə müharibəyə ciddi şəkildə hazırlaşırlar”.