Lavrov və Əraqçi Yaxın Şərqdəki böhrandan çıxış yollarını müzakirə ediblər

Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi Yaxın Şərqdəki böhranın nizamlanması yollarını müzakirə ediblər.

Sherg.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı nazirlər İran əleyhinə ABŞ və İsrailin təcavüzü nəticəsində yaranmış böhranlı vəziyyəti müzakirə ediblər.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Əraqçi Lavrovla regional və beynəlxalq sülhün, təhlükəsizliyin təmin olunmasına yönəlmiş diplomatik və siyasi təşəbbüsləri də nəzərdən keçirib.

Qeyd edək ki, oktyabrın 27-də Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti Məsud Pezeşkian Moskvada görüşüblər. Noyabrın 5-də isə Putin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai ilə danışıqlar aparıb. Həmin görüşdə Rusiya liderinə İranın ali rəhbəri Müctəba Xameneinin məktubu təqdim olunub.