Leyen Suriyaya səfər edəcək - İlk dəfə

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Suriyaya səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyinin mətbuat sözçüsü Paula Pinyo məlumat verib.

Qeyd olunur ki, Bəşər Əsədin devrilməsindən sonra Avropa Komissiyasının sədri ilk dəfə Suriyaya səfər etmiş olacaq. Onun daha sonra Livan və İordaniyaya da səfər edəcəyi bildirilib.

Səfərin bu həftə sonu baş tutacağı gözlənilir.