Litva Xarici İşlər Nazirliyi Belarusun müvəqqəti işlər müvəkkilini çağıraraq ona etiraz notasını təqdim edib.
"Report" xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Nota Belarus ərazisindən davam edən hibrid hücumlarla, həmçinin Avropa İttifaqı ölkələrinin vətəndaşları və şirkətlərinə məxsus əmlakın zorla müsadirə olunması faktı ilə bağlıdır.
"Belarus tərəfinə bir daha hava məkanına effektiv nəzarəti təmin etmək və Avropa İttifaqı vətəndaşları və müəssisələrinə məxsus qanunsuz saxlanılan əmlakı geri qaytarmaq zərurəti qəti şəkildə bildirilib", – açıqlamada qeyd olunur.
Litva XİN təəssüflə vurğulayıb ki, Belarus dəfələrlə həm ictimaiyyət qarşısında, həm də diplomatik kanallar vasitəsilə gündəmə gətirməyi təklif etdiyi məsələlərin texniki müzakirəsi imkanından yararlanmayıb. Litva dekabrın 4-dəVyanada keçirilən ATƏT Nazirlər Şurasının iclasında belə dialoqa hazır olub. İclasda sədrliyi həyata keçirən Finlandiya vasitəçilik təklif etsə də, Minsk dəvəti rədd edib.
Nazirlik vurğulayıb ki, Litva hələ də konstruktiv dialoqa hazırdır.