Litva Ukraynaya 150-yə qədər əsgər göndərməyə hazırdır

Litva Ukraynaya 150-yə qədər əsgər göndərməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Litva Prezidentinin müşaviri Asta Skaisgiryte açıqlama verib:

"Sülh əldə edildikdən sonra Litva Ukraynaya silah və zəruri hərbi texnika ilə birlikdə 150-yə qədər əsgər göndərməyə hazırdır".

Onun sözlərinə görə, Litva Ukraynaya 15 ildən 30 ilə qədər müddətə mümkün olan ən uzunmüddətli təhlükəsizlik zəmanətlərinin verilməsini dəstəkləyir.

O həmçinin xatırladıb ki, Vilnüs Ukraynanın ümumi daxili məhsulunun 0,25%-i həcmində hərbi yardım göstərməyi öhdəsinə götürüb.

Yanvarın 6-da "Bloomberg" agentliyi Avropanın Ukraynanın təhlükəsizliyinə dair zəmanətlərlə bağlı müzakirələrə Rusiyanı cəlb etmək istədiyini açıqlayıb.