Livan uğrunda savaş gərginləşir
Turan
08:44 12.08.2020
Dünya
795
Bölgəyə yerləşmək uğrunda Fransa böyük imkan əldə edib
Türkiyə bacardığı qədər müqavimət göstərəcək
Livanın paytaxtı Beyrut limanında baş verən və 200 nəfərin ölümü ilə nəticələnən partlayışdan sonra ölkədə başlayan kütləvi nümayişlər hökumətin istefası ilə nəticələnib. Bununla Livan hökuməti etirazçıların əsas tələblərindən birini yerinə yetiriblər. Aksiyaçılar paralel olaraq parlamentin buraxılmasını və islahatların həyata keçirilməsini də tələb ediblər.
Etirazçılara Fransaya yaxınlığı ilə seçilən Corc Nadir başçılıq edir. Gedişat vətəndaş müharibəsinə doğru getsə də, Livanla bağlı daxili siyasi proseslər deyil, Fransanın və Aralıq dənizində söz sahibi olmağa çalışan qardaş Türkiyənin proseslərdə iştirakı daha çox müzakirə olunmaqdadır. Xatırladaq ki, Fransa Prezidenti E.Makron avqustun 6-dan Livanda səfərdədir.
Partlayışdan dərhal sonra Beyruta gələn Makron bütün siyasi proseslərə əl qoyub və ölkədə siyasi islahatlara ehtiyac olduğunu deyib. Makronun Livana dəstək qarşılığında öz şərtlərini irəli sürməsi barədə məlumatlar da yayılıb. İddia olunur ki, Makron “Hizbullah” qüvvələrinin Beyrutdan çıxması, Livana beynəlxalq sülhməramlıların yerləşdirilməsi, növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsi kimi tələblərlə çıxış edib.
Fransa prezidenti iddiaları təkzib etsə də, qarşıdakı bir ay ərzində Livanda həlledici olayların yaşanacağını deməsi, Livan ətrafında ciddi siyasi proseslərin hazırlandığını göstərir. Yaxın Şərqin “Parisi” adlandırılan Beyrut hazırda İraqın Səddam Hüseyndən sonrakı dövrünü xatırladır.
Livan ətrafında cərəyan edən prosesləri “Şərq”ə dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib ki, Aralıq dənizinin yenidən bölünmə prosesi gedir. Analitik vurğulayıb ki, Türkiyə ilə Livan arasındakı əməkdaşlıq müqaviləsinin imzalanması və dəniz ərazilərinin müəyyənləşməsi, paralel şəkildə Yunanıstanın, Yunan Kiprin, Misirin, BƏƏ, eyni zamanda İsrailin daxil olduğu bir koalisiyanı formalaşdırıb:
“Bölünmə prosesində iştirak edən ölkələrin əksəriyyəti Türkiyənin Aralıq dənizi sahilindəki suveren hüquqlarını tapdalamağa çalışırlar. Burada əsas məqam ondan ibarətdir ki, həmin bölgədə, dənizin altında xüsusi karbohidrogen ehtiyatlar var. Bu ehtiyatların çıxarılması, istismarı külli miqdarda gəlir deməkdir. Aparılan savaşların əsas səbəbi budur.
Aralıq dənizinin sahil ölkələrdən biri məhz Livandır. Livanın prosesdən kənar qalıb-qalmaması uğrunda mübarizə gedir. Hesab edirəm ki, Beyrutda məlum partlayışdan dərhal sonra kütləvi etirazların başlanması, hökumətin bütövlükdə istefaya getməsi yeni mənzərə ortaya çıxartdı.
Hadisələrin gedişində Fransa məsələyə müdaxilə etdi və Prezident Emmanuel Makron partlayışdan bir gün sonra Livana gəldi. 5 gün əvvəl Livanın yenidən 10 il ərzində Fransanın mandatına daxil olması ilə bağlı hərəkat başladıldı. 53 min adam bu səsvermədə iştirak edib. Bütün bunlar onu göstərir ki, Fransa Livanı ələ keçirməklə əsas rəqibi Türkiyəyə qarşı istifadə etməyi düşünür”.
Ə.Əlibəylinin fikrincə, məqsəd Aralıq dənizinin şərq hissəsində Türkiyənin mövqelərini sıxışdırmaq, Yunan Kipri ilə müqavilə bağlayıraq oranın “təhlükəsizliyini” öz əlinə keçirməkdir:
“Eyni prosesi Livanda da görəcəyik. Makron açıqlama verdi ki, Fransa öz üzərinə düşən öhdəliyi yerinə yetirməsə, bölgə türklərin, iranlıların və səudların əlinə keçə bilər.
Bütövlükdə Livanın olduqca əlverişli, coğrafi şəraiti və limanları imkan verir ki, bu ölkə vasitəsi ilə ticarət yollarına ciddi şəkildə nəzarət etmək mümkün olsun. Prosesin gedişində məhz Türkiyə Livana yardımlar göndərdi və rəsmi Beyrut üçün Mersin limanını açdığını bəyan etdi. Bölgəyə yerləşmək uğrunda Fransa böyük imkan əldə edib.
Türkiyə bacardığı qədər müqavimət göstərəcək, amma nəticənin nə olacağı bəlli deyil. Reallıq odur ki, anti-Türkiyə koalisiyasını formalaşdıran Fransa və arxasındakı Almaniya Türkiyə sərhədləri boyunca koalisiya əmələ gətirə biliblər. Livan bu koalisiyanın detallarından sadəcə biridir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya