Lukaşenko müharibə elan etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko dünyanın yenidən bölüşdürülməsi uğrunda müharibə elan edib.

Teleqraf xəbər verir ki, o, bu barədə Minskdə MDB Hökumət Başçıları Şurası və Avrasiya Hökumətlərarası Şurasında iştirak edən hökumət nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə deyib.

“Dünya yenidən bölünür, əsl döyüş, mübarizə gedir. Mən istərdim ki, bu mübarizədə qalib gələk. Ancaq birlikdə qalib gələ bilərik”, - Lukaşenko bildirib.