Belarus prezidenti Aleksandr Lukaşenko Minskdəki Olimpiya Arenasında keçirilən xokkey matçı zamanı yıxılıb.
"Unikal" xəbər verir ki, onun bel əzələlərində zədələnmə olub. Lukaşenko özünü yaxşı hiss etdiyini bildirib.
"Hər şey qaydasındadır. Növbəti oyuna hazırlaşıram", - deyə Belarus lideri bildirib.
Qeyd edək ki, Belarus prezidentinin komandası Brest bölgəsindən olan xokkeyçilərlə oynayıb. Aleksandr Lukaşenko arxaya doğru hərəkət edən komanda yoldaşı Yaroslav Çuprislə toqquşub. Oyun 5-5 hesablı heç-heçə ilə başa çatıb.