İran polisi Luristan əyalətində 100-dən çox etirazçını saxlayıb.
Axar.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
"Son günlər əyalətin müxtəlif şəhərlərində 100-dən çox etirazçı və sabitliyi pozan şəxs müəyyən edilərək saxlanılıb", - məlumatda deyilir.
Bundan əvvəl "Tasnim" agentliyi xəbər vermişdi ki, İranın güc strukturları kütləvi iğtişaşlar təşkil etməkdə ittiham olunan silahlı qruplaşmaların ən azı 200 rəhbərini həbs edib.