Macarıstan Avropa İttifaqının qərarlarına veto qoyacaq

Macarıstan hökuməti Ukrayna üzrə münaqişənin gərginləşməsinə səbəb ola biləcək bütün Avropa İttifaqının (Aİ) qərarlarını bloklamağa hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.

Nazir deyib ki, Budapeşt silahlı münaqişənin genişlənməsinə və Avropa ölkələrinin prosesə daha çox cəlb edilməsinə yönəlmiş istənilən təşəbbüsün qarşısını alacaq:

"Əgər Brüssel bizi müharibəyə sürükləməkdə israr edəcəksə biz veto hüququmuzdan istifadə edəcəyik. Hətta digər 26 üzv dövlətin hamısına qarşı tək qalsaq belə".

O əlavə edib ki, Macarıstanın vətəndaşlarını müharibəyə qoşulmaqdan qorumaq əsas prioritetdir:

"Biz Macarıstanın və macar xalqının müharibəyə sürüklənməsinə imkan verə bilmərik. Ölkəmizi və vətəndaşlarımızı bu təhlükədən qorumağa borcluyuq".