Macarıstan Ukraynadakı münaqişənin eskalasiyasına yönəlmiş Qərb planlarına qarşı çıxmağa davam edəcək, lakin bu, ölkənin NATO və ya Avropa İttifaqından çıxmaq niyyətində olduğu anlamına gəlmir.
APA xəbər verir ki, bunu ilin yekunlarına dair M1 telekanalına müsahibəsində Macarıstanın baş naziri Viktor Orban bildirib.
“Macarıstan müharibədən kənarda qalmaq üçün kifayət qədər güclüdür və bunun naminə Brüsselə, lazım gələrsə isə bütün Qərb dünyasına qarşı çıxmağa qadirdir”, – deyə hökumət başçısı vurğulayıb.
Eyni zamanda Orban qeyd edib ki, bu mövqe ölkənin Aİ və ya NATO-dan çıxması məsələsini gündəmə gətirmir.