Macarıstanın müharibədən kənarda qalması... - Orban

İki dünya müharibəsi oldu və biz kənarda qalmaq istəsək də, hər ikisinə cəlb olunduq.

Axar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Tarixin dərsi aydındır: İstvan Tisza uğursuz oldu, Mikloş Horti uğursuz oldu. Əsl sual budur ki, biz uğur qazana bilərikmi?

İnanıram ki, xarici siyasətimizi düzgün formalaşdırmaqla Macarıstanın müharibədən kənarda qalmasını bacara bilərik”, - o bildirib.