Maduro ABŞ-də məhkəməyə çıxarılmaq üçün həbs olunub

Venesuelanın paytaxtı Karakasda partlayış səsləri eşidilib. ABŞ mətbuatı əmrin Ağ Evdən gəldiyini iddia edir. ABŞ Prezidenti Donald Tramp əməliyyatın uğurla başa çatdığını açıqlayıb və Maduro ilə bağlı kritik məlumatları paylaşıb.

Sherg.az xəbər verir ki, ABŞ senatoru Mike Lee bildirib ki, Maduro ABŞ-də məhkəməyə çıxarılmaq üçün həbs olunub və bu gecəki silahlı əməliyyat tutulanları qorumaq məqsədilə həyata keçirilib.

Rusiya ABŞ-nin əməliyyatını “dərin narahatlıqla” qarşıladığını və qınadığını açıqlayıb.

Venesuela vitse-prezidenti Delcy Rodríguez Maduro və həyat yoldaşının harada olduqlarının bilinmədiyini, Trampdan onların sağ olduqlarına dair sübut istədiyini bildirib.

"Sky News"in iddiasına görə, Maduro “danışıqlar yolu ilə” ələ keçirilmiş ola bilər.