Maduro fövqəladə vəziyyət elan etdi

Venesuela Prezidenti Nikolas Maduro ölkədə baş verən hücumlarla əlaqədar fövqəladə vəziyyətin tətbiq edilməsi barədə fərman imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib.

Fərmana əsasən, ölkə daxilində asayişin qorunması və respublika institutlarının fəaliyyətinin təmin edilməsi məqsədilə "fövqəladə vəziyyət" elan edilib.