Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores ABŞ Ordusunun elit xüsusi təyinatlı bölməsi Delta Force tərəfindən ələ keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı böyükmiqyaslı əməliyyat keçirildiyini və bu əməliyyat nəticəsində Venesuela Prezidenti Nikolas Maduronun həyat yoldaşı ilə birlikdə ələ keçirilərək ölkədən çıxarıldığını açıqlamışdı.