Venesuela Prezidenti Nikolas Maduroya qarşı irəli sürülən ittihamlar yanvarın 5-də Nyu-York məhkəməsində rəsmi şəkildə elan olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti mənbələrə istinadən yazır.
Məlumata görə, Maduro bazar ertəsi günorta saatlarında (Bakı vaxtı ilə 21:00) məhkəmə qarşısına çıxacaq.