Maduronun sərvəti açıqlandı

Xəbər verildiyi kimi, ABŞ-ın Venesuelaya hücumu nəticəsində Nikolas Maduro və həyat yoldaşı saxlanılaraq Nyu-Yorka gətirildilər.

Sherg.az-ın Lent.az-a istinadən xəbərinə görə, ötən ilin avqust ayında baş prokuror Pam Bondi Maduronun 700 milyon dollarlıq aktivlərinin - o cümlədən lüks təyyarələr, əmlaklar, avtomobillər, zərgərlik əşyaları və nağd pulun müsadirə edildiyini açıqlayıb. Maduronun aktivlərinin siyahısı belədir...

Dassault FALCON 900EX reaktiv təyyarəsi

Maduronun "prezident təyyarəsi" kimi istifadə etdiyi bu təyyarə 2024-cü ilin sentyabr ayında ABŞ tərəfindən Dominikan Respublikasında müsadirə edilərək Floridaya aparılıb. Təxminən 13 milyon dollar dəyərindədir.

2025-ci ilin fevral ayında Dominikan Respublikasında ikinci özəl təyyarə müsadirə edilib. Bu təyyarədən həmçinin Maduro rejiminin yüksək vəzifəli şəxsləri də istifadə edirdi.

• Dominikan Respublikasında bir malikanə

• Floridada bir neçə lüks ev

• At ferması

• Doqquz lüks avtomobil

• Milyonlarla dollarlıq nağd pul və zərgərlik əşyaları