Fələstin Prezidenti Mahmud Abbas Ramallahdakı xəstəxanaya təcili yerləşdirilib.
Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Aşarq Nyus” telekanalı məlumat yayıb.
Qeyd edək ki, xəstənin vəziyyəti və xəstəxanaya yerləşdirilmə səbəbi ilə bağlı təfərrüat hələlik açıqlanmayıb.
Mahmud Abbas 15 noyabr 1935-ci il təvəllüdlüdür və 2005-ci ildən prezidentdir.