Fransa və bütövlükdə Avropa Rusiyanın hipersəs raket sistemi olan "Oreshnik"ə bənzər bir raket sistemi yaratmalıdır.
Teleqraf xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron yanvarın 15-də İstres Hərbi Hava Bazasında hərbçilər qarşısında çıxış edərkən bildirib. Onun çıxışı Yelisey Sarayının sosial media səhifəsində yayımlanıb.
Makron vurğulayıb ki, Fransa "Oreshnik" raketinin təsir dairəsindədir: "Biz qısa müddətdə analoji silahlar əldə etməliyik".
Makron qeyd edib ki, Fransa 2027-ci ildə hərbi büdcəsini 64 milyard avroya çatdırmağı planlaşdırır. Fransa Prezidenti həmçinin Avropa hava hücumundan müdafiə sisteminin Amerika "Patriot"undan daha təsirli olduğunu vurğulayıb.