Fransa Prezidenti Emmanuel Makron etiraz aksiyaları zamanı baş verən iğtişaşları pisləyərək, dağıntılarda və qarətlərdə iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib.
Sherg.az xəbər verir ki, Makron X sosial şəbəkəsindəki paylaşımında prefekturalara, mağazalara və meriya binalarına hücum edənlərin cəzalandırılacağını vurğulayıb. O, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına dəstəyini ifadə edərək, ölkədə xaos yaradanların qarşısının alınacağını qeyd edib.
Bu arada, Parisdə etirazçılar polis bölməsinə daxil olaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum ediblər. Hadisə yerinə əlavə qüvvələr cəlb olunub.