Emmanuel Makron Fransada döyülərək öldürülən sağçı gəncin ölümünü “bütün Avropa üçün yara” adlandıran Giorgia Meloniyə sərt reaksiya verib.
Sherg.az xəbər verir ki, Makron Hindistanın paytaxtı Yeni Dehlidə jurnalistlərə açıqlamasında bildirib ki, öz ölkələrində narahat edilmək istəməyən millətçilərin başqa ölkələrdə baş verənlərə ilk şərh verməsi onu təəccübləndirir. O, heç bir ideologiyanın zorakılığa haqq qazandıra bilməyəcəyini vurğulayaraq, Melonini “başqalarının işinə qarışmamağa” çağırıb.
Hadisə Fransanın Lion şəhərində solçu və ifrat sağçı qruplar arasında baş verdiyi iddia olunan dava zamanı Quentin Deranque adlı gəncin ölümü ilə bağlıdır. Prokurorluq 6 nəfərin hücumda iştirak etdiyini açıqlayıb və fakt üzrə qətl istintaqı başladılıb.
Makron daha əvvəl sosial şəbəkə X-də də gəncin ölümünə heç bir ideologiyanın bəraət qazandıra bilməyəcəyini bildirərək, təmkinə çağırış etmişdi.