Marneulidə yenidən gərginlik yaşanıb: Əraziyə polis cəlb olunub
13:15 24.01.2021
Dünya
518
Gürcüstanın Marneuli rayonunun İkinci Kosalı kəndindəki əkin sahəsi ətrafında baş verən gərginlik bu gün yenə davam edib.
24News.ge xəbər verir ki, bu gün Marneuli və Hucabi Yepraxiyasının rəhbəri Meupe Giorgi Camdeliani və digər din xadimləri İkinci Kosalıya gələrək torpaq sahəsi ətrafında yaranmış problem barədə yerli əhali ilə görüşüblər.
Görüş zamanı mümkün qarşıdurmanın yaranmaması üçün əraziyə polis cəlb olunub.
Tərəflər arasında dialoq zamanı İkinci Kosalı kənd sakinləri keşişlərdən kənd ərazisində 35 hektar ərazinin onlara məxsus olması barədə hər hansı bir sənəd istəyiblər.
Yeparxiya rəhbəri isə kənd əhalisinin dövlətin balansında olan 200 hektaradək torpaq sahəsinindən yararlandığını və kilsənin də həmin qaydada bu ərazidə 35 hektaradək torpaq sahəsindən istifadə etdiyini bildirib.Müvafiq sənədə gəldikdə isə, Camdeliani ona torpağın sənədi barədə sual ünvanlayan kənd sakininə bildirib ki, sənəd tələb etmək sizin deyil, dövlət orqanlarının vəzifəsidir.
Bundan əlavə, yeparxiya rəhbəri məsələnin müəyyən provokasiya ilə əlaqəli olduğundan şübhələndiyini bildirib. O əlavə edib ki, dövlət sözügedən torpaq sahəsi ilə bağlı onların hüququnu qorumasa, məcbur qalıb özləri öz hüquqlarını qoruyacaqlar:
"Bir şeyi hamı yaxşı bilsin ki, heç kimin mülkinə toxunmuruq və bizim mülkümüzə də heç kim toxunmasın. Dövlət bizim hüquqlarımızı qorumasa, biz öz torpağımızı da hüququmuzu da fiziki olaraq qoruyacağıq. Bunu hamı yaxşı bilsin", - deyə Camdeliani bildirib.
Yeparxiya rəhbəri İkinci Kosalıya gələn Marneuli merinin müavini Laşa Lobjanidzenin yanında da fikirlərini təkrar edib və məsələnin şişirdirilməsində EMC (İnsan hüquqularının müdafiəsi və monitorinq mərkəzi) təşkilatını ittiham edib.
Marneuli merinin müavini isə bildirib ki, dövlət orqanları ilə danışıqlar gedir və 1 həftə ərzində məsələ ilə bağlı bütün suallara aydınlıq gətiriləcək.
Qeyd edək ki, İkinci Kosalı əhalisi bu torpaqların uzun illər boyu onların ata-babaları tərəfindən becərildiyini bildirərək, torpaqların İqtisadiyyat nazirliyinin balansında olduğunu vurğulayırlar. Yeparxiya nümayəndələri isə ərazidə 35 hektar torpaq sahəsinin monastrın balansında olduğunu iddia edir və əhali onlara əkib becərdikləri üçün həmin torpaqlara icarə ödəməli olduğunu bildirilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil