Amerikalı sahibkar İlon Mask hesab edir ki, radikal sol qüvvələrin Konqresə aralıq seçkilərdə qələbəsi ABŞ üçün fəlakətli nəticələrə gətirib çıxarar.
Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
“Radikal sol qalib gəlsə, Amerika bitəcək. Onlar qeyri-qanuni miqrasiya və fırıldaqçılıq üçün bütün maneələri aradan qaldıracaqlar. Bu artıq Amerika olmayacaq”, - deyə Mask qeyd edib.
Mask bu fikirləri, noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində Respublikaçılar Partiyasına maliyyə dəstəyi göstərməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən səsləndirib. Bildirilir ki, sahibkar respublikaçılara Konqresin hər iki palatasında nəzarəti qoruyub saxlamaqda kömək etmək niyyətindədir.