Mask siyasətinə geri qayıdır: 10 milyon dollar bağışladı

Amerikalı iş adamı, milyarder İlon Mask ABŞ siyasətinə geri qayıdır.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

“Milyarder 2026-cı ildə ABŞ-da keçiriləcək ara seçkilərdə Respublikaçıların kampaniyasını maliyyələşdirməyə hazırdır. O, artıq Respublikaçı namizədin kampaniyasına 10 milyon dollar bağışlayıb və Trampla münasibətlərindəki buz əriməyə başlayıb”, - məlumatda deyilib.