Mavi gözlərinə görə əri evdən qovdu
09:04 03.09.2020
Dünya
1445
Nigeriyalı futbolçu Vasiyu Cimoh həyat yoldaşı Risikatı və iki övladını gözlərinin mavi olması səbəbindən evdən qovub.
"Sherg.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə futbolçunun həyat yoldaşı BBC-yə müsahibəsində deyib. Nigeriyada uşaqları ilə birlikdə gözlərinin rənginə görə ayrı-seçkiliyə məruz qalan Risikat bildirib ki, gözlərinin mavi olması səbəbindən Cimohun ailəsi onunla evlənməsini istəməyib:
"İki övladımız dünyaya gəldi. Onların hər ikisinin də gözləri mavi oldu. Bundan sonra ailədə bizə qarşı davranışlar tamamilə dəyişdi. Yoldaşımın valideynləri "Uşaqlarının gözlərini görmürsən? Bütün övladlarınızın belə doğulmasını istəyirsən?" deyə ona təzyiqlər göstərməyə başladılar".
Həyat yoldaşı tərəfindən övladları ilə birlikdə qovulan qadın öz ata evinə qayıtdığını deyib. Risikat bildirib ki, uşaqları hazırda ərəb dilində təhsil alırlar:
"İnsanlar bizi görəndə çox təəccüblənirlər. Bəzən uşaqlar məni görəndə qorxub qaçırlar. Uşaqlarımın məktəb yoldaşları onları "cadugər gözləri" adı ilə çağıraraq lağlağı edirlər. Ancaq nə onların, nə də ki, mənim gözlərimdə heç bir problem yoxdur".
Futbolçu Vasiyu Cimoh gözlərinin rənginə görə həyat yoldaşını tərk etmədiyini söyləyib. Hətta Risikatın gözlərinə aşiq olduğunu deyən Cimoh ayrılıq səbəblərini belə izah edib: “Mavi gözləri səbəbiylə onunla evləndim. Tərk etməyimin əsas səbəbi mənə qarşı davranışının dəyişməsidir. Ona xoş münasibət göstərmədiyimi söyləyirdi. Bu səbəbdən də tez-tez dalaşırdıq. Məni xoşbəxt edə bilmədi. Ona görə də ayrılmaq qərarına gəldim".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecə Rusiyada 430 Ukrayna PUA-sı vurulub
09:45 09.11.2026
Dünya
Tünd kişmiş cavanlaşdırır
09:41 09.11.2026
Sağlamlıq
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
09:27 09.11.2026
İqtisadiyyat
800 illik qəsr 1 avroya satılır
09:19 09.11.2026
Dünya
Tramp vəzifədən getməzdən əvvəl kütləvi əfv fərmanları imzalayacaq
08:58 09.11.2026
Dünya
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region