ABŞ Prezidenti Donald Tramp İranla fikir ayrılıqlarını aradan qaldırmaq üçün diplomatik variantları nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.
Bununla belə, mənbələrin bildirdiyinə görə, Amerika lideri hələ də İrana zərbə endirilməsi ehtimalını nəzərdən keçirir. ABŞ rəsmilərinin sözlərinə görə, mümkün zərbə Vaşinqtonun etirazlardan narazı olduğunu göstərən “mesajın çatdırılması” məqsədi daşıyır və İranda hakimiyyət dəyişikliyinə yönəlməyib.
Ağ Evin mətbuat katibi Kerolin Levitt yanvarın 12-də jurnalistlərə bildirib ki, İran tərəfi ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoffla əlaqə saxlayıb. “Mənim başa düşdüyümə görə, Stiven Vitkoff İranla bağlı diplomatik əlaqələrdə çox mühüm rol oynayacaq”, – deyə Levitt qeyd edib.