
Mehmet Akif Okur: Hazırkı mərhələdə Əsədin təslim edilməməsi ehtimalı daha güclü görünür
Yusif Nəzərli
13:49 30.01.2025
Dünya
548
Dəməşqdəki faktiki hakimiyyət Bəşər Əsədi ələ keçirməklə onu cəzalandırmaq və gələcəkdə yarana biləcək "mühacirətdə hökumət" iddiasının qarşısını almaq niyyətindədir
Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun başçılıq etdiyi nümayəndə heyəti yanvarın 28-də Suriyaya səfər edib. Səfər çərçivəsində Boqdanov Suriya administrasiyasının rəhbəri Əhməd əl-Şara ilə görüşüb. Görüş barədə “Reuters“ mənbələri iddia edir ki, danışıqlar zamanı Əhməd əl-Şaraa Rusiyadan keçmiş prezident Bəşər Əsədi yerli hakimiyyətə təhvil verməyi tələb edib.
Suriyanın SANA xəbər agentliyi isə bu gün bildirib ki, Dəməşq Rusiyadan “təzminat, yenidənqurma və bərpa işləri” təmin etməyi, həmçinin “keçmiş səhvləri nəzərə almağı və Suriya xalqının iradəsinə hörmət etməyi” tələb edib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan Türkiyənin Yıldız Texniki Universitetinin müəllimi, professor Mehmet Akif Okur deyib ki, hazırkı Suriya hökuməti "faktiki hökumət" hesab olunur və beynəlxalq ictimaiyyət tərəfindən də bu statusda qəbul edilir:

"Beynəlxalq təcrübədə, faktiki hökumətlər eyni dövlət üzərində alternativ bir idarəetmə iddiası olmadıqda rəsmi tərəfdaş kimi tanınır. Əks halda, müxtəlif dövlətlərin fərqli münaqişə tərəfləri olan hökumətlərlə əlaqə qurmaq ehtimalı yaranır ki, bu da tarixi nümunələrdə müşahidə edilib. Dəməşqdəki faktiki hakimiyyət Bəşər Əsədi ələ keçirməklə onu cəzalandırmaq və gələcəkdə yarana biləcək "mühacirətdə hökumət" iddiasının qarşısını almaq niyyətindədir. Rusiya isə Dəməşqdəki faktiki hökumətə nə dərəcədə etibar edə biləcəyini qiymətləndirir. Hazırkı mərhələdə Əsədin təslim edilməməsi ehtimalı daha güclü görünür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi