Meksika Prezidenti Klaudiya Şeynbaum dekabrın 5-də Vaşinqtondakı Kennedi Mərkəzində keçiriləcək 2026-cı il Dünya Kubokunun püşkatma mərasimi çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşəcək.
AZƏRTAC-ın məlumatına görə, bu barədə açıqlama verən Şeynbaum görüşdə Meksikadan idxal edilən mallara tətbiq edilən tarifləri müzakirə etməyi planlaşdırdığını bildirib. Bu, Şeynbaumun Trampla ilk üzbəüz görüşü olacaq.
Meksika lideri, həmçinin Kanadanın Baş naziri Mark Karni ilə də görüşəcəyini deyib.
Qeyd edək ki, hər üç ölkə gələn yay keçiriləcək futbol üzrə Dünya Kubokuna birgə ev sahibliyi edəcək.