ABŞ-ın birinci xanımı Melaniya Tramp 2 mart tarixində BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal”ın müxbiri Meredit Makqrou özünün X səhifəsində məlumat yayıb.
“Təşkilatın tarixində ilk dəfədir ki, BMT Təhlükəsizlik Şurasının iclasına birinci xanım sədrlik edəcək. Təhlükəsizlik Şurasının üzvləri təhsil, texnologiya, sülh və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər”, - o qeyd edib.