Martın 2-də ABŞ-nin birinci xanımı Melaniya Tramp tarixdə ilk dəfə BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək. Tədbir ABŞ-nin bu qurumdakı bir aylıq sədrliyinin əvvəlində baş tutacaq. Əsas mövzu dünyada tolerantlıq və sülhün açarı kimi təhsilin inkişafıdır.
Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Melaniya Tramp BMT Təhlükəsizlik Şurasının rəsmi iclasına rəhbərlik edən ilk ABŞ prezidenti xanımı olacaq. Şura 15 dövlətdən ibarətdir və əvvəllər belə bir presedent olmayıb.
Ağ Evin məlumatına görə, Melaniya Trampın sədrliyi dövründə mərkəzi məsələ təhsil olacaq.