Musavat.com xəbər verir ki, Cefri Epşteyn işi ilə bağlı ictimaiyyətə açıqlanan sənədlər arasında ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın 2002-ci ildə Gisleyn Maksuellə elektron yazışması da yer alıb.
Sənədlərə əsasən, Melaniya Tramp 23 oktyabr 2002-ci il tarixində Epşteynin yaxın çevrəsinə daxil olan Gisleyn Maksuellə e-poçt göndərib.
Məktubda Melaniya Tramp “New York Magazine”də Cefri Epşteyn haqqında dərc olunan yazıya istinad edib, Maksuellin fotosunu müsbət qiymətləndirib və Palm Biçə mümkün səfərlə maraqlandığını bildirib. O, həmçinin Maksuellin Nyu-Yorka qayıtdıqdan sonra onunla əlaqə saxlamasını xahiş edib.
Qeyd edək ki, sözügedən yazışma Epşteyn işi üzrə açıqlanan materiallar fonunda diqqət çəkib və ABŞ ictimaiyyətində yeni müzakirələrə səbəb olub.