Meloni Avropanı Trampla münaqişədən yayınmağa çağırıb

İtaliyanın Baş naziri Giorgia Meloni Avropa İttifaqı sammitində həmkarlarını Qrenlandiya ilə bağlı gərginlik fonunda ABŞ Prezidenti Donald Trampla "mübarizə aparmamağa" və eskalasiyadan qaçmağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Meloni ABŞ ilə münaqişənin kəskinləşməsi halında Avropanın itirəcəkləri barədə xəbərdarlıq edib və həmkarlarından Trampı "dəli" lider kimi qələmə verməmələrini istəyib.

Qeyd edək ki, Tramp Qrenlandiyanı ələ keçirmək planına etiraz edən səkkiz Aİ ölkəsini 10% tarif tətbiq etməklə hədələyib. Bundan sonra liderlər təcili zirvə görüşü keçiriblər.

Onu da bildirək ki, Ağ Ev rəhbəri NATO-nun baş katibi Mark Rutte ilə görüşdən sonra tarif ideyasından imtina etdiyini açıqlayıb və görüşdə iki tərəf ada ilə bağlı razılığa gəlib.