Meloni: İtaliya Ukraynaya qoşun göndərməyəcək

İtaliya təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya hərbi qüvvə göndərməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə İtaliya Baş naziri Corciya Meloni bildirib.

Baş nazir İtaliyanın Ukraynanın təhlükəsizliyinə dəstəyini təsdiqləsə də, zəmanətlər məsələsində rəsmi Romanın mövqeyinin dəyişməz prinsipini təkrar edib. Xüsusilə, o, İtaliya qüvvələrinin Ukrayna ərazisində yerləşdirilməsindən imtina məsələsini vurğulayıb.

“Çoxmillətli qüvvələrdə koalisiyaya daxil olan ölkələrin iştirakının könüllü xarakteri və hücum halında Ukraynanın dəstəklənməsi ilə bağlı qərarların qəbulunda Konstitusiya prosedurlarına riayət edilməsi, İtaliyanın dəfələrlə təsdiqlədiyi prinsipləri əks etdirir”, - Meloni qeyd edib.