Almaniya kansleri Fridrix Merts bildirib ki, ABŞ prezidenti Donald Trampın bəzi ölkələrə, o cümlədən Almaniyaya qarşı yeni tariflər tətbiq etmək təhdidləri vəziyyətin gərginləşmə riskini daşıyır və transatlantik münasibətləri zəiflədir.
Teleqraf xəbər verir ki, kansler bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
O qeyd ediv ki, Almaniya, Böyük Britaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveçlə birgə verdikləri bəyanatda deyildiyi kimi, Daniya və Qrenlandiya xalqına tam dəstək verirlər.
“Biz birgə və qətiyyətli şəkildə Danimarkaya və Qrenlandiya xalqına dəstək oluruq. NATO üzvü olaraq, Arktikada təhlükəsizliyin gücləndirilməsinə sadiqik. Tariflərlə təhdid transatlantik münasibətləri zəiflədir və vəziyyətin gərginləşmə riskini daşıyır”, -deyə Merts bildirib.