Merts və Makron Avropanın nüvə gələcəyini müzakirə edirlər

"Rəsmi Berlin və Paris ümumavropa nüvə müdafiə sisteminin formalaşdırılması imkanlarını fəal şəkildə nəzərdən keçirirlər".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, Almaniya Kansleri Fridrix Merts bu barədə Münhen Təhlükəsizlik Konfransı çərçivəsindəki çıxışı zamanı bəyan edib.

"Mən Fransa Prezidenti Emmanuel Makronla Avropanın nüvə təhlükəsizliyi məsələləri üzrə ilkin məsləhətləşmələrə başlamışam", - deyə Almaniya hökumətinin başçısı vurğulayıb.

Xatırladaq ki, 2025-ci ilin martında Emmanuel Makron xalqa müraciətində Fransa nüvə qüvvələrinin himayəsinin digər Avropa ölkələrinə də şamil edilməsi imkanları barədə tərəfdaşlarla dialoqa start verildiyini elan etmişdi. Almaniya, Polşa, Litva və Danimarka rəsmiləri bu strateji mövzunun müzakirəsində iştirak etməyə hazır olduqlarını bildiriblər. "Financial Times" nəşrinin qeyd etdiyi kimi, Vaşinqtonun avropalı müttəfiqləri, ABŞ Administrasiyasının Rusiya ilə münasibətlərin normallaşdırılmasına yönəlmiş yeni siyasəti fonunda, müstəqil nüvə qalxanının yaradılması variantlarını dərindən təhlil edirlər.