Məşhur aeroport payıza qədər bağlı qalacaq

Parisin Orli aeroportu payızda fəaliyyətini bərpa edə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Les Eçsos” nəşri məlumat yayıb.

Bildirilib ki, uçuşları hazırda yalnız “Eyr Frans” şirkəti həyata keçirir. Hətta yay aylarında digər şirkətlər də uçuş həyata keçirsə, yalnız Şarl de Qoll aerportunun tutumu buna imkan verəcək.

“Tam iş rejiminə keçmək üçün sərhədlərin açılmasını gözləmək lazımdır”, - deyə bildirilib.