Mətbuat onu axtarır: Milyarder yoxa çıxıb
07:26 10.01.2021
Dünya
521
Çinin ən varlı adamlarından biri, Alibaba-nın yaradıcısı milyarder Cek Manın yox çıxması barədə sosial şəbəkələrdə yayılan şayiələr artıq mətbuat səhifələrinə də yol tapıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, ötən ilin oktyabrında Çinin maliyyə tənzimlıəyicilərini tənqid etdikdən və texnologiya şirkətlərinə münasibətdə ÇXR-in kursuna qarşı çıxdıqdan sonra milyarder ictimaiyyət arasında görünməyib.
Telegraph, Forbes, Financial Times, eləcə də CNN, Fox, ABC telekanalları "Milyarder yoxa çıxıb", "Cek Ma haradadır?", "Cek Ma itib?" kimi sərlövhəli məqalələrində çinli milyarderin taleyi ilə maraqlanıblar.
ABC telekanalının məlumatına görə, milyarder iki aydır, ortada yoxdur. Onu son dəfə oktyabrın sonunda, Alibaba-nın canlı efirdə yayımlanan tədbirində görüblər. Telekanal qeyd edir ki, Cek Ma özünün Africa's Business Heroes realiti-şousunun möhtəşəm finalında da peyda olmayıb. Baxmayaraq ki, orada Ma əsas hakim olmalı idi, üstəlik, bu hadisəni böyük səbirsizliklə gözlədiyini bildirmişdi.
"Çinin sosial şəbəkələrində onun harada olması barədə şayiələr çox sürətlə və geniş yayılıb. Çünki onun yoxa çıxması oktyabrın 24-dəki sammitdə qalmaqallı nitqindən sonraya təsadüf edir", - telekanal qeyd edir.
Dekabrda Çinin Bazarın tənzimlənməsi və nəzarət idarəsi Alibaba şirkəti barədə antiinhisar araşdırmaya başlamışdı.
Bundan öncə Alibaba-ya aid maliyyə-texnoloji Ant Group şirkəti Honkonq və Şanxay fond birjalarında özlərinin səhmlərinin ikiqat ilkin ictimai yerləşdirilməsi (IPO) ilə 34.5 milyard dollar cəlb etmək planlarını açıqlamışdı. Bu, dünya birjalarında ən böyük səhm satışı olacaqdı. Ancaq noyabrın 3-də hər iki birja şirkətin IPO-sunu təxirə saldı. KİV bunu Alibaba-nın yaradıcısı Cek Manın ölkənin maliyyə tənzimləyicilərini tənqid edən çıxışı ilə əlaqələndirdi.
Bundan bir qədər sonra isə Wall Street Journal öz mənbələrinə istinadən yazdı ki, Cek Ma Ant Group-un aktivlərinin bir hissəsini hökumətə verməyi təklif edibmiş. Ancaq nəşrin məlumatına görə, milyarderin təklifi onun ÇXR-in texnologiya şirkətlərinə münasibətinə dair tənqidi çıxışından sonra IPO-nu xilas edə bilməyib. Çin hökumətindəki mənbələr qeyd ediblər ki, Çin sədri Si Cinpin "şəxsən" tənzimləyicilərə Ant ilə bağlı riskləri araşdırmağı və IPO-nu bağlamağı əmr edib.
Alibaba Group - Çinin nəhəng internet şirkətidir, 1999-cu ildən elektron ticarət sahəsində fəaliyyət göstərir. Alibaba Pictures, AliExpress, Taobao, Tmall kimi şirkətlər də qrupa daxildir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya