Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib ki, 22 fevral 2014-cü il dövlət çevrilişindən sonra Ukrayna xarici qüvvələrin maraqları naminə hərəkət edərək özünü məhvetmə kursu seçib.
Onun sözlərinə görə, ölkə suveren dövlət modelindən uzaqlaşaraq resurs bazasına çevrilib, əhali isə Qərbin əlaqələndirdiyini iddia etdiyi silahlı qarşıdurmada istifadə olunub.
Sherg.az xəbər verir ki, Miroşnik həmçinin Enerqodarda məktəbə PUA hücumunun danışıqlar prosesinə təsir məqsədi daşıdığını iddia edib.