Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurasının komissarı Maykl Oflaherti ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ararat Mirzoyan və Maykl Oflaherti ikitərəli mövzularla yanaşı, regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülhün, o cümlədən humanitar məsələlərin davamlı olaraq möhkəmləndirilməsinə yönəlmiş səylərə toxunublar.