Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Erməni Apostol Kilsəsinin (AAC) bir neçə ruhanisini hökuməti devirməyə çağırışda ittiham edib.
Teleqraf xəbər verir ki, Mirzoyan Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış edərkən bildirib:
“Hazırda məhkəmə prosesləri davam edir. Mən heç bir şəkildə təqsirsizlik prezumpsiyasını pozmaq istəmirəm, lakin bu şəxslər demokratik yolla seçilmiş liderlərin zorla vəzifədən kənarlaşdırılmasına çağıran bəyanatlar veriblər, özü də açıq şəkildə”.
Oktyabrın 3-də İrəvan məhkəməsi arxiyepiskop Mikael Ajapahyana hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə iki il həbs cəzası verib .